RU

Ağcabədidə qanunazid toy: Komitə məsələni NƏZARƏTƏ GÖTÜRDÜ - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Ağcabədi rayonunun Avşar kəndində qohum evliliyi ilə bağlı araşdırmalara başlayıb.
 
Bu barədə Oxu.az-a komitədən məlumat verilib.
 
Məlumatda bildirilib ki, hazırda məsələ nəzarətə götürülüb və araşdırmalara başlanılıb.
 
Araşdırmaların nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.
 
Samir Əli
 
14:24
 
Azərbaycanda qohum evliliyi hadisəsi baş verib.
 
Moderator.az "Unikal"a istinadən xəbər verir ki, Ağcabədi rayonu Avşar kəndində iki bacının övladları (xalaoğlu - xalaqızı) evlənib.
 
Vəfa və Səadət adlı bacıların övladlarının toy mərasimi mart ayının 27-də olub.
 
Məlumata görə, evlənən cütlük Ağcabədi rayonu, Avşar bələdiyyəsinin sədri Vaqif Kazımovun bacısı uşaqlarıdır.
 
Bələdiyyə sədri cütlüyün yaxın qohum olduqlarını gizlətməyə çalışaraq, valideynlərinin xalaqızı-xalaoğlu olduğunu iddia edib:
 
"Xəstə uşaqdır. Hazırda danışa bilmirəm, yasım var. Özləri ilə danışın".
 
Избранный
11
25
moderator.az

10Источники