RU

Azərbaycanda benzin istehsalı aşağı düşdü

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 233,6 min ton avtomobil benzini istehsal edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd edilib.

Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə benzin istehsalı 23,5 min ton və ya 8,8% azalıb.

2025-ci ilin yanvar-fevral aylarında bu göstərici 257,1 min ton təşkil edib.

1 mart 2026-cı il vəziyyətinə hazır məhsul ehtiyatı 70,8 min ton təşkil edib ki, bu da illik müqayisədə 13,7 min ton və ya 16,2% azdır.

Ötən ilin eyni dövründə hazır benzin ehtiyatı 84,5 min ton olub.

Избранный
1
2
banco.az

3Источники