RU

SEPAH Fars körfəzində ABŞ hərbi obyektlərinə və İsrail gəmisinə zərbələrENDİRDİ

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzindəki ABŞ hərbi obyektlərinə və İsrail gəmisinə zərbələr endirildiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə "Əl-Cəzirə" məlumat yayıb.

SEPAH-ın 31 mart tarixli açıqlamasında İran Hərbi Dəniz Qüvvələrinin "Fars körfəzində İsrail konteyner gəmisini ballistik raketlə vurduğu" bildirilib.

Həmçinin qeyd edilib ki, İran dronları BƏƏ sahillərindəki hərbi bazanın yaxınlığında ABŞ dəniz piyadaları qrupuna hücum edib.

SEPAH həmçinin bildirib ki, İran dronları "Bəhreynin Manama hava limanı yaxınlığında yerləşən ABŞ-nin Beşinci Donanmasının dron əleyhinə sistemini məhv edib".

Dronlar həmçinin Küveytdəki ABŞ hərbi bazasında iki hava hücumundan müdafiə radarını məhv edib.

Öz növbəsində, İsrail Müdafiə Qüvvələri (İMQ) İran infrastrukturuna zərbələrin dayandırıldığını elan edib.

Aminə ŞAHSUVARQIZI

Избранный
17
1
redaktor.az

2Источники