İranın xarici işlər naziri Abbas Əraqçi Səudiyyə Ərəbistanına müraciət edərək ABŞ qüvvələrinin bölgədən çıxarılmasının vaxtının çatdığını bəyan edib.
Əraqçi bu barədə X sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, İran Səudiyyə Ərəbistanına hörmətlə yanaşır və onu qardaş ölkə hesab edir.
Nazir qeyd edib ki, İranın həyata keçirdiyi əməliyyatlar ərəb və iranlılara hörmət etməyən, həmçinin təhlükəsizliyi təmin edə bilməyən “aqressor qüvvələrə” qarşı yönəlib. Əraqçi əlavə edib ki, ABŞ qüvvələrinin bölgədə mövcudluğu artıq qəbuledilməzdir.
“ABŞ qüvvələrini qovmağın vaxtıdır”, – deyə İran XİN rəhbəri vurğulayıb.