RU

Husilər Bab əl Məndəb boğazını bağlamaqla hədələyir Politoloq

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının informasiya nazirinin müavini Məhəmməd Mənsur bildirib ki, Qırmızı dənizi Bab əl-Məndəb boğazı vasitəsilə Süveyş kanalına birləşdirən marşrut bağlana bilər. Onun sözlərinə görə, bu halda dünya bazarında neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ və Avropa iqtisadiyyatı ciddi çətinliklərlə üzləşə bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə politoloq Turan Rzayev danışıb.

O bildirib ki, Bab əl-Məndəb boğazı qlobal ticarət və enerji daşımaları üçün strateji əhəmiyyət daşıyır:

“Buradan hər gün milyonlarla barel neft və böyük həcmdə yük daşınır. Regionda davam edən gərginlik fonunda bu marşruta tələbat daha da artıb. Husilərin boğazı tam bağlaması praktik baxımdan çətindir. Bunun üçün genişmiqyaslı hərbi nəzarət, mina əməliyyatları və hava üstünlüyü tələb olunur. Bundan əlavə, belə addım ABŞ və müttəfiqləri də daxil olmaqla beynəlxalq güclərin sərt reaksiyasına səbəb ola bilər”, – deyə o qeyd edib.

Siyasi şərhçi həmçinin deyib:

“Səudiyyə Ərəbistanı, Misir və BƏƏ kimi region ölkələrinin də mümkün blokadaya qarşı hərbi cavab verməsi gözlənilir. Bununla belə, husilərin vaxtaşırı hücumlarla qlobal ticarətə təsir göstərməsi və enerji bazarlarında dalğalanma yaratması ehtimalı qalır”.

Orxan

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
41
icma.az

1Источники