RU

Azərbaycanın qadın basketbol millisinin seçmə mərhələdəki rəqibləri bəlli olub

Bakı, 31 mart, AZƏRTAC

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2029-cu ildə keçiriləcək FIBA Avropa çempionatının ilkin seçmə mərhələsindəki rəqibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Mies şəhərində baş tutan püşkatmaya əsasən, yığma A qrupunda İsveçrə, İrlandiya və İslandiya seçmələri ilə mübarizə aparacaq.

Qeyd edək ki, oyunlar bu il noyabrın 8–18-də və 2027-ci il fevralın 7–17-də keçiriləcək.

Избранный
17
1
azertag.az

2Источники