Bayram günlərində zəhərlənmə hallarının sayı açıqlanıb. Qeyri-iş günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə bununla bağlı onlarla müraciət daxil olub.
Klinikadan “Yeni Sabah”a verilən məlumata görə, bayram günlərində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə ümumilikdə 31 nəfər müraciət edib:
Bayram günləri ilə əlaqədar qeyri-iş günlərində (20.03.2026-30.03.2026) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 31 müraciət daxil olub.
Müraciət edənlərdən 12-si dərman, 1-i siçan dərmanı (rodensit), 1-i dəm qazı, 2-si fosfor üzvi birləşmələrdən, 3-ü anafilaktik şokdan, 3-ü allergik reaksiyadan, 9-u isə sirkə turşusundan zəhərlənən şəxslər olub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib və onlar ambulator müalicə üçün evə buraxılıblar.
Telegram kanalımız