“Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran yol qəzasına düşüb.
“Yeni Sabah” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə İstanbulun Ataşəhir rayonunda qeydə alınıb.
S.Saranın vəziyyətinin yaxşı olduğu bildirilib. Sürücü yüngül xəsarət alıb.
“Fənərbaxça” klubunun rəsmi açıqlamasında qeyd edib ki, S.Saran bu gün kluba gedərkən qəza baş verib. Qəza iştirakçılarının prezidentin, sürücünün və digər sərnişinlərin ümumi vəziyyətinin yaxşı olduğu və xəsarət almadığı təsdiqlənib: “Sadettin Saran hazırda klubdadır və planlaşdırılmış proqramını davam etdirir”.
Aytac Əliyeva
Telegram kanalımız