RU

ADY bayram günlərində 212 mindən çox sərnişin daşıyıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) martın 19-30-da 212 mindən çox sərnişin daşıyıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, rayonlararası sərnişindaşımada Bakı-Qazax-Bakı (o cümlədən Bakı-Ağstafa-Bakı əlavə reysləri) marşrutu üzrə 21 963 nəfər daşınıb.

Bakı-Qəbələ-Bakı və Bakı-Balakən-Bakı qatarlarından ümumilikdə 8984 sərnişin istifadə edib. Bakı-Ağdam-Bakı marşrutunda isə bu göstərici 1561 nəfər olub.

Избранный
31
17
yeniazerbaycan.com

10Источники