RU

İran Türkiyəyə raket atmadığını bildirir - Araşdırma təklif etdilər

İranın xarici işlər naziri Abbas Əraqçi və Türkiyənin xarici işlər naziri Hakan Fidanın telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, nazirlər telefon danışığı zamanı regiondakı son hadisələrlə bağlı fikir mübadiləsi aparıblar.

Əraqçinin sözlərinə görə, İrandan Türkiyəyə raket atılması ilə bağlı məlumatlar tamamilə əsassızdır.

O, regionda sülhün düşmənləri tərəfindən oxşar əməliyyatların həyata keçirilməsi ehtimalını istisna etməyib.

Əraqçi qeyd edib ki, "İran mehriban qonşuluq prinsipinə sadiqdir və Türkiyənin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşır, bu cür hadisələrin araşdırılmasında əməkdaşlığa hazırdır".

Избранный
30
50
unikal.az

10Источники