RU

Səfirlik: Knessetin fələstinli məhbusların edamına icazə verən qanunu qəbul etməsini pisləyirik

Fələstin İsrail parlamentinin fələstinli məhbusların edamına icazə verən qanunu qəbul etməsini pisləyib.

Fələstinin Azərbaycandakı səfirliyindən APA-ya verilən xəbərə görə, Fələstin Prezident Administrasiyası İsrail Knesseti tərəfindən fələstinli məhbusların edamına imkan verən qanunun təsdiqlənməsini qətiyyətlə pisləyib və bunu beynəlxalq humanitar hüququn açıq pozuntusu kimi qiymətləndirib.

Prezident Administrasiyası “İsraili fələstinli məhbuslarının edamına imkan verən qanundan imtina etməyə çağıran bir sıra Avropa ölkələrinin bəyanatını alqışlayıb və bu mövqeyin beynəlxalq hüquq prinsiplərinə uyğun olduğunu qeyd edib”.

“Administrasiya beynəlxalq ictimaiyyəti bu pozuntuları dayandırmaq, İsraili məsuliyyətə cəlb etmək və Fələstin xalqına qarşı davam edən cinayətlərinə, o cümlədən işgəncə, təcrid və həbsxanalarda məhbusların sistemli şəkildə öldürülməsinə görə sanksiyalar tətbiq etmək üzrə hüquqi və humanitar öhdəliklərini yerinə yetirməyə çağırır”, - bəyanatda qeyd edilib.

Избранный
28
1
apa.az

2Источники