RU

Heqset: İran-ABŞ danışıqlarında irəliləyiş var

BAKI, 31 mart. TELEQRAF

"ABŞ-İran danışıqlarında irəliləyişlər var. Onlar realdır. Danışıqlar davam edir. İrəliləyiş əldə edilib. Biz bunu qiymətləndiririk”.

Teleqraf xəbər verir ki, bunuABŞ müdafiə naziri Pit Heqset mətbuat konfransında qeyd edib.

Heqset ABŞ-ın İrana qarşı hərbi əməliyyatının dəqiq nə vaxt başa çatacağını açıqlamayıb. O, qərarı ABŞ Prezidenti Donald Trampın verəcəyini bildirib. "Trampın qeyd etdiyi kimi, bu, dörd-altı, altı-səkkiz həftə də ola bilər, üç həftə də. İstənilən konkret vaxt ola bilər. Amma biz bunu heç vaxt açıqlamayacağıq. Əməliyyatın məqsədlərinə nə vaxt çatdığını yalnız prezident elan edə bilər", - nazir deyib.

Müdafiə naziri əlavə edib ki, ABŞ İranla razılaşma əldə etməyə üstünlük verir: "İlk prioritet razılaşmadır. Mümkünsə, bu razılaşmaya nail olmaq istəyirik. Əgər mümkün deyilsə, onda hərbi əməliyyatları davam etdirməyə hazırıq. ABŞ-nin İrana qarşı gələcək hərəkət planları bir növ hərbi əlifbadır: düşmənə nə etməyə hazır olduğunuzu və ya nə etməyə hazır olmadığınızı deməyin və düşmənə nə vaxt bitirməyə hazır olduğunuzu deməyin”.

Избранный
26
teleqraf.com

1Источники