RU

“Yağıntılar su anbarlarında ehtiyatların tədricən yüksəlməsinə müsbət təsir göstərir” AÇIQLAMA

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Naxçıvan, 31 mart, AZƏRTAC

2025-ci il əsasən quraqlıq ili kimi yadda qaldı. Lakin ötən ilin sonlarından başlayaraq muxtar respublikanın dağlıq və dağətəyi ərazilərinə yağan qar su ehtiyatlarının bərpasına yaxşı təsir göstərib. Belə ki, bu yağıntılar çayların qidalanmasına və su anbarlarına suyun yığılmasına imkan yaradaraq, su təminatının tədricən yaxşılaşmasına şərait yaradır.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin əməkdaşı İsmayıl Abbasov deyib.

O qeyd edib ki, ötən ilin 31 mart tarixinə muxtar respublikada ümumi su ehtiyatları 210 milyon 200 min kubmetr təşkil edirdi. Cari ilin eyni dövründə isə bu göstərici 165 milyon 150 min kubmetr olub.

İdarə əməkdaşının sözlərinə görə, istismar olunan su anbarları əhalinin həm içməli suya, həm də kənd təsərrüfatının suvarma suyuna olan tələbatının ödənilməsində mühüm rol oynayır. Son günlərdə muxtar respublikaya yağan yağış su ehtiyatlarının tədricən artmasına şərait yaradır. Həmçinin qar örtüyünün mərhələli şəkildə əriməsi çayların axımını artırır, su anbarlarına suyun yığılmasını təmin edir və su balansının bərpasına müsbət təsir göstərir.

"Cari il martın 31-nə olan məlumata görə, Heydər Əliyev Su Anbarında 33 milyon 70 min kubmetr su ehtiyatı var. Müqayisə üçün bildirək ki, 2025-ci ilin dekabr ayının 1-də bu göstərici 14 milyon 750 min kubmetr idi. Qarın əriməsi və yağıntıların artması su anbarlarında ehtiyatların tədricən yüksəlməsinə müsbət təsir göstərir", - deyə İsmayıl Abbasov əlavə edib.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
44
azertag.az

1Источники