RU

Futbol tarixinin ən bahalı transferi -

PSJ Lamine Yamal üçün “Barselona”ya 350 milyon dollar ödəməyə hazırdır. Metbuat.az xəbər verir ki, Fransa nəhənginin futbolçunun transferi üçün böyük təklif irəli sürdüyü iddia edilir. Məlumata görə, PSJ rəhbərliyi Yamalı yeni idman layihəsinin əsas fiquru hesab edir. Bildirilir ki, maliyyə çətinliklərinə baxmayaraq, "Barselona" futbolçunu satmaq istəmir.

Qeyd edək ki, bundan əvvəl PSJ-nin Lamine Yamal üçün 250 milyon avroluq təklif irəli sürdüyü açıqlanmışdı.

Избранный
63
metbuat.az

1Источники