RU

Bu ərazilərdəki evlərə tələbat artacaq

Bakının bəzi ərazilərində iqlim dəyişiklikləri və infrastruktur çatışmazlıqları fonunda subasma riski kəskin artıb, kanalizasiya sistemləri isə demək olar ki, hər yağışdan sonra problemlər yaradır. Bu vəziyyət həmin ərazilərdəki daşınmaz əmlak bazarına ciddi təsir göstərə bilərmi?Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, ötən günlərdə yaşanan hadisələrdən sonra istehlakçılar artıq hər hansı bir əmlak alarkən həmin ərazinin subasma riski olub-olmamasına, eləcə də kanalizasiya xəttinin mövcudluğuna xüsusi diqqət yetirəcəklər. Onun sözlərinə görə, xüsusilə kanalizasiya sistemi olan ərazilərdəki fərdi evlərə tələbat daha çox olacaq: “Mənim fikrimcə, yaxın bir il ərzində kanalizasiya ilə təmin olunmuş yerlərə maraq artacaq, digər ərazilərə isə nisbətən azalacaq. Bu da, təbii ki, qiymətlərə müəyyən dərəcədə təsir göstərəcək. Amma bu təsirin konkret olaraq hansı həcmdə olacağını indidən demək hələ ki mümkün deyil”.

Sevinc İbrahimzadə / Metbuat.az

Избранный
25
metbuat.az

1Источники