RU

Türkiyə 5G yə keçdi Video

ain.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bu gündən etibarən Türkiyədə 5G mobil rabitə texnologiyası istifadəyə verilib.

“Qafqazinfo” “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Türkiyənin 5G dövrünə keçidi Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Prezident Sarayında keçirilən təntənəli mərasimdə elan edilib.

Bildirilib ki, Türkiyə mobil rabitə sahəsindəki 32 illik tarixində ən sürətli mərhələyə qədəm qoyub.

Tədbirdə çıxış edən Ərdoğan qeyd edib ki, Türkiyə təhlükəsizlik sahəsində 5G ilə yeni nailiyyətlər və üstünlüklər əldə edəcək:

“5G texnologiyasındakı uğurlarımızla haqlı olaraq fəxr edirik. 5G üçün hazırlıqlara 2016-cı ildə başladıq. Geniş əhatə dairəsi məqsədi ilə ölkəmizin hər guşəsini kənd yerlərindən şəhər mərkəzlərinə qədər 5G ilə təchiz etdik. Əvvəlcə 81 vilayət mərkəzində 5G-ni işə salacağıq və iki il ərzində onu ölkəmizin hər yerində əlçatan edəcəyik”.

Qeyd edək ki, yeni nəsil texnologiya hazırkı 4.5G ilə müqayisədə ən azı 10 dəfə daha yüksək sürət və minimum gecikmə müddəti təklif edir.

Məlumat üçün bildirək ki, Azərbaycanda hazırda 4.5G mobil rabitə texnologiyası istifadə olunmaqdadır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
8
4
qafqazinfo.az

5Источники