RU

Mayda 14 gün iş olmayacaq – 2 bayramı bir gündə qeyd edəcəyik

Martda olduğu kimi, mayda da Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur.

2026-cı ilin iş vaxtı norması və istehsalat təqviminə əsasən 9 May – Faşizm üzərində Qələbə Günü, 27, 28 may tarixləri Qurban bayramı, 28 May Müstəqillik Günüdür.

Belə ki, 9 May – Faşizm üzərində Qələbə Günü şənbə gününə təsadüf etdiyindən, bazar ertəsi – 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün – 9, 10, 11 may tarixləri istirahət günləridir.

Maraqlıdır ki, martda olduğu kimi, mayda da iki bayram – Qurban bayramı və Müstəqillik günləri üst-üstə düşəcək. Əmək Məcəlləsinə əsasən, bayram günlərinin eyni tarixə təsadüf etməsi səbəbindən mayın 29-u da qeyri-iş günü olacaq. Bununla da, 27, 28, 29 may, həmçinin həftəsonu – 30, 31 may tarixləri qeyri-iş günü olacaq.

Ümumilikdə isə mayda şənbə-bazar da daxil 14 gün iş olmayacaq.

Azərbaycanda iyunun 1-i növbəti iş günüdür.(“Qafqazinfo”)

Избранный
31
13
7times.az

10Источники