RU

SOCAR Misirə mayeləşdirilmiş təbii qaz tədarük edir

Qahirə, 31 mart, AZƏRTAC

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında çərçivə sazişi imzalanıb. Müqavilə mayeləşdirilmiş təbii qaz, xam neft və neft məhsullarının tədarükü, investisiyalar, təlim və təhsil proqramlarını əhatə edir.

Onu da əlavə etmək lazımdır ki, artıq 9 aydır “SOCAR Trading” Misirə mayeləşdirilmiş təbii qaz (LNG) tədarükünü həyata keçirir. İki il yarım müddəti əhatə edən saziş SOCAR-la EGPC arasında enerji əməkdaşlığının genişləndirilməsinini nəzərdə tutur.

Bunu “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Natiq Mustafayev AZƏRTAC-ın müxbirinə müsahibəsində söyləyib. O bildirib ki, SOCAR Misir tərəfi ilə əməkdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsini planlaşdırır. Bu istiqamətdə Misirdə neftin emalı, eləcə də “Azeri Light” markalı xam neftin Misirə ixracı imkanları nəzərdən keçirilir. Tərəflər bu gün imzalanmış çərçivə sazişi vasitəsilə əməkdaşlığın daha operativ şəkildə inkişafını düşünürlər.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
16
1
azertag.az

2Источники