RU

Vəziyyət yalnız bu halda normallaşa bilər - Pezeşkian

İran prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə vəziyyətin normallaşması üçün əsas şərtin aqressiyanın dayandırılması olduğunu bildirib.

Milli.Az xəbər verir ki, bu barədə o, Avropa Şurasının prezidenti Antoniu Koşta ilə telefon danışığında deyib.

"Vəziyyətin normallaşmasının yeganə yolu ABŞ və İsrailin aqressiyasının dayandırılmasıdır. Biz heç vaxt gərginlik və müharibə istəməmişik və müəyyən şərtlər, xüsusilə də aqressiyanın təkrarlanmayacağına dair zəmanətlər olduğu halda bu müharibəni bitirmək iradəsinə malikik", - deyə Pezeşkian qeyd edib.

O əlavə edib ki, İranla ABŞ və İsrail arasında münaqişəyə hər hansı xarici müdaxilə təhlükəli nəticələrə səbəb ola bilər.

Milli.Az

Избранный
13
6
milli.az

7Источники