RU

Türkiyəyə atılan raketlərlə bağlı... - Arakçı açıqladı

Rəsmi Tehran Türkiyəyə doğru İran raketlərinin atılması ilə bağlı Ankara ilə birlikdə araşdırma aparmağa hazırdır.

Turkustan.az Oxu.az-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçı türkiyəli həmkarı Hakan Fidanla telefon danışığında bildirib.

"İslam Respublikası mehriban qonşuluq prinsiplərinə, Türkiyənin suverenliyinə, ərazi bütövlüyünə hörmətə sadiqdir və potensial iddiaları yoxlamaq üçün birgə texniki əməkdaşlığa hazırdır", - o deyib.

Qeyd edək ki, ötən gün İrandan atılan ballistik raket Türkiyə səmasında məhv edilib.

Bundan öncə Türkiyəyə 4, 9 və 13 mart tarixlərində İrandan raket atılmışdı.

Избранный
2
1
turkustan.az

2Источники