RU

Azərbaycan U-21 millisi Bolqarıstanla heç-heçə edib

Bakı. Trend:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasıAvropa çempionatının seçmə mərhələsində növbəti oyununukeçirib.

Trend xəbər verirki, B qrupunda mübarizə aparan yığma səfərdə Bolqarıstanın müvafiqyaş qrupundan ibarət komandası ilə üz-üzə gəlib.

Plovdiv şəhərində yerləşən “Xristo Botev” stadionunda baş tutanqarşılaşma 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran millimizturnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, U-21 yığmamız qrupda növbəti oyununu sentyabrın25-də doğma meydanda Çexiya millisinə qarşı keçirəcək.

Избранный
24
1
az.trend.az

10Источники