RU

Gizli plan açıldı: Polşa Rusiya ilə toqquşmaya KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Polşa təhlükəsizlik siyasətində yeni mərhələyə keçid edir, ölkədə hərbi hazırlıq səviyyəsi artırılır.

KONKRET.az xəbər verir ki, Rzeczpospolita nəşrinin məlumatına görə, Polşa Silahlı Qüvvələri Rusiyanın mümkün hücum ssenarisini əhatə edən genişmiqyaslı təlimlərə hazırlaşır.

Bildirilir ki, bu manevrlərin ssenarisi xüsusi olaraq Rusiya ilə potensial toqquşma üzərində qurulub. Təlimlərin keçirilmə yeri, vaxtı və detalları isə tam məxfi saxlanılır ki, bu da hazırlığın ciddi xarakter daşıdığını göstərir.

Polşa mənbələri hesab edir ki, ölkə bu addımla həm öz müdafiə qabiliyyətini yoxlamağa, həm də regionda artan risklərə qarşı operativ cavab mexanizmlərini gücləndirməyə çalışır. Xüsusilə Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda bu cür təlimlərin əhəmiyyəti daha da artır./musavat.com

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
2
konkret.az

10Источники