RU

Bakıda bərbərxanada partlayış: Xəsarət alan var VİDEO

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 10 May küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, mlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 20 kv.m. olan bərbərxanada yanğınla müşayiət olunmayan  partlayışın baş verdiyi müəyyən edilib.

Partlayış nəticəsində obyektə ziyan dəyib, 1 nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.

Hadisə ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
20
49
bakivaxti.az

10Источники