Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Bakı, 31 mart, AZƏRTAC
UEFA Millətlər Liqasında pley-off oyunlarının cavab görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, C və D Liqalarının son iki iştirakçısı bəlli olub.
Latviya öz meydanında Cəbəllüttariqə 1, Lüksemburq isə Maltaya 3 cavabsız qolla qalib gəlib.
Bununla da Latviya və Lüksemburq C, Cəbəlüttariq və Malta isə D Divizionunda mübarizə aparacaq.
Xatırladaq ki, martın 26-da gerçəkləşən Cəbəllüttariq - Latviya matçı 0:1, Malta - Lüksemburq görüşü isə 0:2 hesabı ilə yekunlaşıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.