RU

Qalatasaray lı futbolçu Milan ın hədəfində

Qol.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində

"Qalatasaray"a məxsus olan və hazırda icarə əsasında "Udineze"nin şərəfini qoruyan Nikolo Dzanyolo "Milan"ın transfer hədəfinə çevrilib.

QOL.az xəbər verir ki, "Tuttosport" nəşrinin məlumatına görə, "Udineze" mövsümün sonunda futbolçunun transfer hüquqlarına sahib olmağı hədəfləyir. Bu fonda Milan təmsilçisinin baş məşqçisi Massimiliano Alleqri isə italyalı hücumçunun transferinə xüsusi maraq göstərir və onu komandasında görmək istəyir. 

Qeyd edək ki, Nikolo Dzanyolo cari mövsümdə çıxdığı 32 rəsmi matçda 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı daha əvvəl "Atalanta" və "Roma" kimi klublarda da çıxış etmiş 26 yaşlı oyunçunun bazar dəyərini 13 milyon avro olaraq qiymətləndirir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
31
3
qol.az

4Источники