RU

“Fənərbaxça”nın prezidenti İstanbulda yol qəzasına düşdü

Sia Az saytına istinadən ain.az xəbər verir.

“Fənərbaxça”nın prezidenti Sadettin Saran avtomobil qəzası keçirib. Türkiyə mətbuatının məlumatına görə, qəza İstanbulun Ataşehir rayonunda baş verib. Hazırda Sadettin Saranın səhhətinin yaxşı olduğu bildirilib. Sürücü isə qəzadan yüngül xəsarətlərlə xilas olub.

Klubun yaydığı açıqlamada prezidentin, sürücünün və digər nəqliyyat vasitəsində olan şəxslərin vəziyyətinin qənaətbəxş olduğu qeyd edilib. Hazırda klub prezidentinin iş fəaliyyətini normal şəkildə davam etdirdiyi bildirilir.

Mətləb

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
26
4
sia.az

5Источники