RU

Kevin De Bruyne karyerası ilə bağlı qərarını açıqladı

Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Napoli" klubunun ulduz hücumameyilli yarımmüdafiəçisi Kevin De Bruyne 2026-cı il Dünya Çempionatından sonra Belçika millisindəki gələcəyi ilə bağlı yayılan suallara aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, təcrübəli futbolçu hazırkı fiziki durumunun qənaətbəxş olduğunu xüsusi vurğulayıb:

"Tədricən əvvəlki formamı bərpa edirəm. Artıq dörd həftədir ki, komanda ilə birlikdə kollektiv məşqlərə qatılıram və hazırda özümü çox yaxşı hiss edirəm.

Milli komandanın hazırkı toplanışı çərçivəsində hər iki oyunda 90 dəqiqə meydanda ola biləcəyimi düşünmürəm, üstəlik, buna ciddi bir ehtiyac da görmürəm. Dünya çempionatı başa çatdıqdan sonra isə yığmadakı karyeramı bitirmək niyyətində deyiləm. Hər şey öz qaydasındadır və mən milli formada çıxış etməyə davam edəcəyəm".

Xatırladaq ki, Belçika yığması qarşıdan gələn mundialın qrup mərhələsində Misir, İran və Yeni Zelandiya milli komandaları ilə qüvvəsini sınayacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
oxu.az

2Источники