RU

Türkiyə millisi dünya çempionatına vəsiqə qazandı

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində final oyunları keçirilib.

Publika.az xəbər verir ki, Türkiyə millisi həlledici görüşdə Kosovonun qonağı olub. Matç “ay-ulduzlular”ın minimal hesablı qələbəsi ilə bitib - 1:0. Yeganə qolu 53-cü dəqiqədə Kərəm Aktürkoğlu vurub. DÇ-2026-nın final mərhələsinə vəsiqə qazanan komanda D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Digər matçda isə İsveç Polşanı 3:2 hesabı ilə üstələyərək finalda iştirak hüququ əldə edib.

Избранный
47
10
publika.az

9Источники