RU

Nijnekamskda yanğın zamanı yanğınsöndürənlərin mübarizəsi FACİƏ İLƏ BİTDİ: 1 ölü, 3 yaralı

Nijnekamskda yanğınsöndürmə zamanı bir yanğınsöndürən həlak olub, üçü yaralanıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən məlumat yayıb.

Nijnekamskda baş verən yanğının söndürülməsi zamanı bədbəxt hadisə qeydə alınıb.

Hadisə nəticəsində bir yanğınsöndürən həlak olub, daha üç nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Həlak olan 27 yaşlı Marat Nazipovun 2021-ci ildən yanğınsöndürmə xidmətində çalışdığı bildirilir.

O, 2024-cü ildən etibarən yanğınsöndürmə hissəsində şöbə komandiri vəzifəsində xidmət edirdi.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
65
50
interpress.az

10Источники