Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin pley-off finalları keçirilib.
QOL.az xəbər verir ki, nəticədə mundiala vəsiqə qazanan daha 4 milli komanda müəyyənləşib.
Yarımfinalda Rumıniyanı üstələyən (1:0) Türkiyə millisi səfərdə Kosovo ilə qarşılaşıb. Vinçenzo Montellanın komandası 1:0 hesabı ilə qalib gələrək DÇ-2026-nın final mərhələsinə yüksəlib. Beləliklə, Türkiyə yığması 24 il sonra ilk dəfə mundialda oynayacaq.
Bu gecə həmçinin İsveç Polşanı üstələyib. Çexiya Danimarkanı, Bosniya və Herseqovina isə İtaliyanı penaltilər seriyasında məğlub edib.
Ümumilikdə Türkiyə, İsveç, Çexiya və Bosniya və Herseqovina DÇ-2026-nın final mərhələsinə adlayıblar.
31 mart
DÇ-2026, pley-off mərhələsinin final oyunları
22:45. Kosovo – Türkiyə - 0:1
Qol: Aktürkoğlu, 53
Priştina, Kosovo
22:45. İsveç – Polşa - 3:2
Qollar: Elanqa, 20, Lajerbelke, 44, Qyökereş, 88 - Zalevski, 33, Sviderski, 55
Solna, İsveç
22:45. Bosniya və Herseqovina – İtaliya - 1:1, Penaltilər seriyası - 4:1
Qollar: Tabakoviç, 79 - Kin, 15
Qırmızı vərəqə: Bastoni, 41 (İtaliya)
Zenitsa, Bosniya və Hersoqovina
22:45. Çexiya – Danimarka - 1:1, Penaltilər seriyası - 3:1
Qollar: Sulç, 3 - Andersen, 72
Praqa, Çexiya