RU

“Əl-Qadisiya” Daniel Olmonu transfer etmək istəyir

Bakı. Trend:

Səudiyyə Ərəbistanının “Əl-Qadisiya” klubu “Barselona”nınyarımmüdafiəçisi Daniel Olmo ilə maraqlanır.

Trend xəbər verirki, klub rəhbərliyi futbolçunun bir neçə oyununu canlı izləsə də,hələlik rəsmi transfer təklifi irəli sürməyib.

Məlumata görə, Olmo “blauqrana”da özünü xoşbəxt hiss edir vəkomandadan ayrılmaq niyyətində deyil. Klub da 27 yaşlıyarımmüdafiəçini heyətdə saxlamaqda maraqlıdır.

Qeyd edək ki, Daniel Olmo bu mövsüm bütün turnirlərdə 38 oyundaiştirak edib, 8 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.Onun “Barselona” ilə müqaviləsi 2030-cu ilin yayına qədərqüvvədədir. Transfermarkt portalının məlumatına görə, futbolçununbazar dəyəri 60 milyon avro təşkil edir.

Избранный
88
az.trend.az

1Источники