RU

Rusiyanın “An-26” təyyarəsi qəzaya uğrayıb, 29 nəfər həlak olub

Rusiyanın “An-26” hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. Qəza nəticəsində 23 sərnişin və 6 heyət üzvü olmaqla, ümumilikdə 29 nəfər həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, martın 31-də Moskva vaxtı ilə saat 18:00 radələrində Krım yarımadası üzərində planlaşdırılmış uçuş həyata keçirilərkən “An-26” təyyarəsi ilə əlaqə kəsilib. Axtarış-xilasetmə qrupu qəza yerini müəyyən edib. Hadisə yerindən daxil olan məlumatlara əsasən, göyərtədə olan bütün şəxslər həlak olub.

Rusiya Müdafiə Nazirliyinin komissiyası hazırda qəza yerində işləyir. İlkin ehtimala görə, qəzanın səbəbi texniki nasazlıqdır.

Избранный
20
6
yeniazerbaycan.com

7Источники