Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük çərçivəsində bir sıra üzv dövlətlərlə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır və danışıqların yekunlaşdığı ölkələrlə müvafiq protokollar imzalanır. Bu sənədlərlə tərəfdaş ölkələrin Azərbaycanın ÜTT-yə üzvolma prosesinə dəstəkləri ifadə olunur.
Bu xüsusda növbəti protokol Çin Xalq Respublikası ilə imzalanıb. Mallar və xidmətlər üzrə aparılan danışıqların yekunlaşdırılması ilə bağlı ikitərəfli protokol İsveçrə Konfederasiyasının Cenevrə şəhərində imzalanıb.