RU

DÇ-2026-nın bütün 48 iştirakçısı müəyyənləşdi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının bütün iştirakçı komandaları müəyyənləşib.

"Unikal" xəbər verir ki, son vəsiqələri Konqo Demokratik Respublikası və İraq yığmaları qazanıb. Hər iki komanda pley-off mərhələsinin həlledici görüşlərində müvafiq olaraq Yamayka və Boliviyanı məğlub edərək mundiala vəsiqəni təmin edib.

Bununla da, turnirdə iştirak edəcək 48 komandanın hamısı dəqiqləşib.

A qrupu: Meksika, Cənubi Koreya, Cənubi Afrika Respublikası, Çexiya

B qrupu: Kanada, İsveçrə, Qətər, Bosniya və Herseqovina

C qrupu: Braziliya, Mərakeş, Şotlandiya, Haiti

D qrupu: ABŞ, Avstraliya, Paraqvay, Türkiyə

E qrupu: Almaniya, Ekvador, Fildişi Sahili, Kurasao

F qrupu: Niderland, Yaponiya, Tunis, İsveç

G qrupu: Belçika, İran, Misir, Yeni Zelandiya

H qrupu: İspaniya, Uruqvay, Səudiyyə Ərəbistanı, Kabo Verde

I qrupu: Fransa, Seneqal, Norveç, İraq

J qrupu: Argentina, Avstriya, Əlcəzair, İordaniya

K qrupu: Portuqaliya, Kolumbiya, Özbəkistan, Konqo DR

L qrupu: İngiltərə, Xorvatiya, Panama, Qana

Qeyd edək ki, dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Избранный
32
1
unikal.az

1Источники