RU

Son 5 ayda Azərbaycan vasitəsilə Ermənistana neçə ton taxıl göndərilib?

Ermənistan ilin ilk beş ayında Azərbaycan və Gürcüstan ərazisindən dəmir yolu ilə 23.500 ton taxıl idxal edib.

Publika.az xəbər verir ki, bunu Ermənistan İqtisadiyyat Nazirliyinin “Sputnik Ermənistan”a yazılı sorğuya cavab olaraq verdiyi məlumatda bildirib.

Çatdırılmalar dəmir yolu ilə həyata keçirilir: Azərbaycandan (Gəncə - Böyük-Kəsik hissələri) Gürcüstana, daha sonra Qardabani - Tbilisidən keçərək Ermənistan-Gürcüstan sərhədinə (Sadaxlo - Ayrum) qədər.

Nazirlik dəqiqləşdirib ki, 2025-ci ildə Qazaxıstan və Rusiyadan 6600 ton taxıl göndərilib. 2026-cı ildə isə Azərbaycan və Gürcüstan vasitəsilə dəmir yolu ilə Ermənistana taxıl göndərişləri yalnız Rusiyadan göndərilib və ümumilikdə 17000 ton təşkil edib. Dəmir yolu göndərişlərinin əksəriyyətini buğda təşkil edib.

Nazirlik qeyd edib ki, Azərbaycan və Gürcüstandan keçən marşrut Yuxarı Lars sərhəd keçid məntəqəsindən ənənəvi çatdırılmalara rəqabətli alternativ hesab edilə bilər. Bunu dəmir yolu ilə taxıl daşınmalarının artması da sübut edir.

Избранный
20
publika.az

1Источники