RU

İran vətəndaşlarının BƏƏ-yə girişi qadağanEDİLDİ

"Emirates" aviaşirkəti İran vətəndaşlarının Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ərazisinə girişinə və ya ölkənin hava limanlarında transferinə qadağa qoyulduğunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, Əmirliklərə giriş tələblərini yoxlamaq istəyən istifadəçilər aviaşirkətin rəsmi saytındakı xüsusi bölmədə "vətəndaşlıq" sahəsinə "İran" yazdıqda müvafiq məlumatlar görünür.

Aviaşirkət qeyd edir ki, qadağa BƏƏ-nin "qızıl vizası" olan və iri investorlara və iş adamlarına verilən 5-10 illik yaşayış icazəsi sahiblərinə şamil edilmir.

BƏƏ hakimiyyəti hələlik bu məlumatla bağlı rəsmi açıqlama verməyib.

Aminə ŞAHSUVARQIZI

 

Избранный
28
redaktor.az

1Источники