Təhransar, Mehrabad hava limanı və cənubdakı Mofatte rayonu vuruldu, İran paytaxtında vəziyyət gərgin olaraq qalır...
Poliqon xəbər verir ki, İranın dövlət televiziya kanalı IRIB-in yaydığı məlumata əsasən, İsrail qüvvələri Tehranda bir sıra yaşayış və strateji ərazilərə genişmiqyaslı hava zərbələri endirib. Bildirilir ki, paytaxtın ən varlı ərazilərindən biri hesab olunan Birinci kvartal (First District) bombardmana məruz qalıb.
Məlumata görə, hücumların əsas hədəflərindən biri də Təhransar yaşayış rayonu olub. Eyni zamanda Tehranın mühüm infrastruktur obyektlərindən sayılan Mehrabad beynəlxalq hava limanına da zərbə endirildiyi qeyd olunur. Bu hava limanı həm mülki, həm də müəyyən dərəcədə hərbi istifadə baxımından strateji əhəmiyyət daşıyır.
Bundan əlavə, hava limanının cənubunda yerləşən Mofatte rayonu da atəşə tutulub. İlkin məlumatlara görə, yaşayış binalarında dağıntılar qeydə alınıb, lakin itkilərin dəqiq sayı hələlik açıqlanmayıb.
Analitiklər hesab edirlər ki, yaşayış məntəqələrinin hədəfə alınması münaqişənin daha təhlükəli mərhələyə keçdiyini göstərir. Bu cür zərbələr həm humanitar vəziyyəti ağırlaşdırır, həm də beynəlxalq ictimaiyyətin reaksiyasını daha da sərtləşdirə bilər.
Hazırda hadisələrin miqyası və nəticələri ilə bağlı əlavə məlumatların açıqlanacağı gözlənilir.
Poliqon.info