RU

Müəllimlərin attestasiyası ilə əlaqədar növbəti məlumatlandırıcı görüş keçirilib

Martın 31-də Beynəlxalq Muğam Mərkəzində Qarabağ Regional Mədəniyyət İdarəsinin tabeliyində olan və Bakı şəhərində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin iştirakı ilə məlumatlandırıcı görüş təşkil olunub.

Görüşün məqsədi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin incəsənət təhsili sahəsində həyata keçirdiyi islahatlar çərçivəsində musiqi və incəsənət məktəblərində çalışan müəllimlərə attestasiyanın keçirilmə qaydalarının izah olunması, proqram mövzularının sistemli şəkildə təqdim edilməsi və attestasiyaya hazırlıq prosesinə dəstək göstərməkdir.
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) tərəfindən təşkil edilən görüşdə müəllimlərin attestasiyasının mahiyyəti, hüquqi əsasları, attestasiya proqramının məzmunu, müvafiq ixtisaslar üzrə nəzəri və praktiki mövzular barədə söhbət açılıb, tövsiyələr diqqətə çatdırılıb.


Qeyd edək ki, MEMİM tərəfindən bundan əvvəl Bakıda və bölgələrdə bu qəbildən görüşlər təşkil olunub. Digər regional mədəniyyət idarələrinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərinin müəllimləri ilə də oxşar məlumatlandırıcı görüşlərin keçirilməsi nəzərdə tutulur.

Избранный
8
4
hit.az

6Источники