RU

Naxçıvan Teleradiosunun ad günüdür

Modern.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Aprelin 1-i Naxçıvan Teleradiosunun yaradılması günüdür.Modern.az xəbər verir ki, Naxçıvanda yerli radio 1930-cu ildən fəaliyyət göstərməyə başlayıb, 1932-ci ilin aprel ayının 1-də isə Naxçıvan Radio Verilişləri Komitəsi yaradılıb. 1963-cü ildə muxtar respublikada televiziya fəaliyyətə başlayıb.

Bu gün Naxçıvan Teleradiosu Azərbaycan Respublikasının və onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatını əhatə edən rəngarəng televiziya verilişləri və filmlər hazırlayır. Peyk yayımı vasitəsilə fəaliyyətini daha da genişləndirən teleradio qurumu öz proqram və verilişlərini daha geniş auditoriyaya çatdırmağa nail olur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
modern.az

1Источники