RU

Zelenski Kallası Şahzadə Olqa ordeni ilə təltifETDİ

Volodimir Zelenski Kaya Kallasa Ukraynanın dövlət mükafatı olan "Şahzadə Olqa" ordenini təqdim edib.

Redaktor.az xəbər verir ki, Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi bu barədə sosial media səhifəsində məlumat verib.

O, mükafata görə Zelenskiyə təşəkkür edib və Ukraynanı dəstəkləmək üçün çalışmağa davam edəcəyinə əminliyini ifadə edib.

Kallas yazıb: "Rusiya təcavüzkar müharibəsinə başladığı gündən bəri hər gün Ukrayna haqqında düşünürəm... Ölkənizin müdafiəsini dəstəkləmək üçün əlimdən gələni edəcəyəm".

"Şahzadə Olqa" ordeni Ukraynada dövlət mükafatıdır və qadınları hökumət, sənaye, vətəndaş cəmiyyəti, elm, təhsil, mədəniyyət, xeyriyyəçilik və ictimai xidmətin digər sahələrində, eləcə də ailədə uşaq böyütməkdə görkəmli nailiyyətlərinə görə təltif edilir.

Aminə ŞAHSUVARQIZI

Избранный
14
redaktor.az

1Источники