Bəhreyndə silsilə partlayışlar baş verib.
Musavat.com xəbər verir ki, İran mediasının yaydığı məlumata görə, Bəhreyndə ABŞ-yə məxsus hərbi obyekt və bazalarda 8-dən çox güclü partlayış qeydə alınıb.
Məlumata görə, hədəflər arasında ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bazası və "Əl-Dila" hərbi bazası var.
Bundan başqa, ABŞ qüvvələrinin və hərbi texnikasının yerləşdiyi Sar və Əs-Sahir rayonlarındakı obyektlərin də hücuma məruz qaldığı bildirilir. Hadisənin təfərrüatları və itkilər barədə hələlik rəsmi məlumat verilməyib.
Musavat.com