RU

Donnarumma rəqib qapıçının “şparqalkasını” aşkar etdi FOTO

Idman.biz portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliya milli komandasının qolkiperi Canluici Donnarumma Bosniya və Herseqovina millisinin qapıçısı Nikola Vasil üçün hazırlanmış penalti qeydlərini aşkar edərək hakimə məlumat verib.

İdman.Biz xəbər verir ki, epizod İtaliya milli komandası futbolçularının zərbələrə hazırlaşdığı anda baş verib və bu, meydanda gərgin mübahisəyə səbəb olub, hakim insidentə müdaxilə etməli olub.

Qeyd olunur ki, həmin kağızda italiyalı oyunçuların penaltiləri hara vurduğu barədə məlumatlar yer alıb.

Buna baxmayaraq, “şparqalka” Bosniya qapıçısına lazım olmayıb, çünki italiyalılar zərbələrin bir qismini özləri dəqiq yerinə yetirə bilməyiblər. Nəticədə 2026-cı il Dünya Çempionatına Bosniya və Herseqovina millisi yollanıb.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
icma.az

1Источники