RU

İraqda amerikalı jurnalist qaçırıldı: detallar FOTO

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

İraqda amerikalı jurnalist Şelli Kitlson qaçırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bildirilib ki, jurnalist müxtəlif nəşrlərlə, o cümlədən “Foreign Policy” jurnalı, “BBC” və müstəqil “Al-Monitor” nəşri ilə əməkdaşlıq edib.

Məlumata görə, Kittleson əvvəllər Romada yaşayıb.

“Jurnalistləri Müdafiə Komitəsi İraq hakimiyyətini jurnalisti tapmağa, onun dərhal və təhlükəsiz şəkildə azad edilməsini təmin etməyə və məsul şəxsləri ədalət mühakiməsinə cəlb etməyə çağırıb. Kittleson Bağdadın mərkəzində, qaldığı otelin yaxınlığında qaçırılıb. O, əsasən İraq silahlı qruplaşmaları, ABŞ-İraq münasibətləri və regional təhlükəsizlik inkişafları haqqında yazırdı”, – deyə “Politico” yazıb.

Əliyar Xəlil

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
17
globalinfo.az

1Источники