Formula 1-in keçmiş pilotu və hazırda "Sky Sports"un şərhçisi olan Martin Brandl, Maks Ferstappenin karyerasını bitirmək eyhamları ilə bağlı fikirlər səsləndirib.
Offsideplus.az xəbər verir ki, mütəxəssis niderlandlı pilotun şikayətlərindən yorulduğunu bildirib:
"Maks həmişə birbaşa danışır və artıq bezdiyini deyir. Amma mənə elə gəlir ki, onun bu bəyanatları artıq hamını bezdirib: ya getməlisən, ya da bu barədə danışmağı dayandırmalısan. Onun unikal istedadı və sürəti üçün çox darıxacağıq, o, avtosport tarixinin ən yaxşılarından biridir. Lakin Mixael Şumaxer kimi əfsanələr problemləri komanda daxilində həll edib çölə təbəssümlə çıxırdılar, Maks isə belə deyil".
Brandl həmçinin vurğulayıb ki, idmanda əvəzolunmaz kimsə yoxdur: "Ferstappen getsə, Formula 1 yoluna davam edəcək. Onun yerini tutmağa hazır olan Antonelli və Berman kimi gənclər var. Maksın həqiqətən gedəcəyinə inanmıq, əgər onu qane edən bolid olarsa, o, yarışmağa davam edəcək".