RU

Bakı–Balakən–Bakı dəmir yolu marşrutu üzrə yeni dayanacaqlar təyin edilib

Bakı–Balakən–Bakı marşrutu üzrə gecə qatarlarına yeni dayanacaqlar təyin edilib.

Hit.az xəbər verir ki, “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, aprelin 1-dən etibarən qatarlar artıq Ucar və Ləki stansiyalarında da dayanır. Bu yenilik daha çox sərnişinin gecə qatarından rahat və əlçatan şəkildə istifadə etməsinə imkan yaradır.

Yeni dayanacaqların verilməsindən sonra hərəkət qrafiki də yenilənib: //ticket.ady.az/az/yeni-hereket-cedveli

Избранный
13
17
hit.az

10Источники