Bakı. Trend:
Bu ilin 20-30 mart tarixlərində paytaxt Bakı da daxil olmaqlarespublikanın bir çox bölgəsində istər bayram şənlikləri və tətilsəyahətləri zamanı, istərsə də respublika ərazisində qeydə alınmışnormadan artıq yağışlar nəticəsində müxtəlif səpkili hadisələrqeydə alınıb.
TrendAzərbaycan Sığortaçılar Assosiasiyasına istinadən xəbər verir ki,qeyd olunan tarixlərdə baş vermiş sığorta hadisələri ilə bağlı 8qeyri-həyat sığorta şirkətinə ümumilikdə 4576 sığortalı müraciətidaxil olub.
Bu müraciətlərin 3636-sı “Avtonəqliyyat vasitəsi sahiblərininmülki məsuliyyətinin icbari sığortası” növü, 651-i “Kasko”(“Avtonəqliyyat vasitələrinin sığortası”) sığorta növü, 210-u“Daşınmaz əmlakın icbari sığortası” növü, 80-i isə “Əmlakınyanğından və digər risklərdən sığortası” növü üzrə baş vermişsığorta hadisələri ilə bağlı olub.
Məlumatlara görə, qiymətləndirilmiş 4045 sığorta hadisəsi üzrəehtimal olunan zərər məbləği 6 milyon 57 min 25 manat həcmindəmüəyyənləşdirilib. Qalan 531 hadisə üzrə isə zərər qiymətləndirməsiprosesi davam edir.
Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləməvə zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsikimi tanınan hər bir hadisə üzrə sığorta tənzimlənməsinin həyatakeçirilməsi nəzərdə tutulur.
Bütün hadisələr üzrə qiymətləndirmə prosesi yekunlaşdıqdan sonraümumi zərər məbləği həcminin 10 milyon manata yaxın olacağı ehtimaledilir.
Qeyd edək ki, hesabat dövrü ərzində sığorta şirkətlərinə daxilolmuş müraciətlər üzrə hadisələrin 77 %-i paytaxt Bakıda, 23 %-iisə respublikamızın digər bölgələrində (xüsusilə Şimal bölgəsində)qeydə alınıb.