RU

Peruda dünyanın ən dar evi tikilibMənzilin eni 63 sm-dir /VİDEO

Peruda dünyanın ən dar evi tikilib, evin eni cəmi 63 sm-dir. Bina artıq yerli bir abidəyə çevrilib və Ginnesin Rekordlar Kitabına daxil edilə bilər.

Azpost.info bildirir ki, bu qeyri-adi bina Aukallama şəhərində yerli sakin Fabio Moreno tərəfindən inşa edilib. İnanılmaz dərəcədə dar ölçüsünə baxmayaraq, evdə yaşayış üçün lazım olan hər şey – mətbəx, vanna otağı, yemək otağı, bir neçə yataq otağı və hətta camaşırxana da var.

Fabioya görə, xoşbəxtlik kvadrat metrdə deyil, hər santimetr məkandan ağıllı istifadə etməkdədir. Özü orada yaşamağı planlaşdırmasa da, artıq “Dünyanın ən dar evi” adı üçün Ginnesin Rekordlar Kitabına müraciət edib Hazırda bu rekord Varşavadakı Keret Evinə məxsusdur. Evin ən dar nöqtəsindəki eni 92 sm-dir.

Избранный
11
azpost.info

1Источники