RU

"İndi nəyin vacib olub-olmadığını deyəcək vəziyyətdə deyilik, hər oyun çox önəmlidr" - Şahruddin Məhəmmədəliyev

Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Sportal.az saytına müsahibə verib.

- Azərbaycan milli komandası FİFA seriyası beynəlxalq turnirində qalib oldu. Sent-Lüsiyaya 6:1 qalib gəldiniz, Syerre-Leona ilə 1:1 bərabərə qaldınız. Milli komandamızın bu turnirdəki çıxışını necə dəyərləndirirsən? 

- Qələbə qazandığımız üçün çox sevinirik. Buna görə şadıq. Çünki uzun müddət idi ki, milli komandamız qələbə qazana bilmirdi. Bu qələbələrə görə Allaha şükür edirik.

- Azərbaycan millisinin FİFA seriyası turnirində qalib olmasını pozitiv qəbul edənlər də var idi, ciddi qəbul etməyənlər də. Sən bu haqda nə düşünürsən? Azərbaycan millisinin növbəti uğurlarının başlanğıcı ola bilər, yoxsa bu turnirdəki qalibiyyət aldadıcı olmamalıdır?

- Bu oyunlar bizim üçün çox vacib idi. Bilirsiz, indi nəyin vacib olub-olmadığını deyəcək vəziyyətdə deyilik. Milli komandanın hər oyunu çox önəmlidir.

- Azərbaycan milli komandasına dəvət edilməyin çox müzakirə edildi. Komandanın təcrübəli və ağsaqqalı kimi qəbul edildiyin üçün milliyə çağırıldığını düşünənlər də az deyil. Nəyə görə bu məsələ çox müzakirə edildi? Hətta Ayxan Abbasov mətbuat konfransında bildirmişdi ki, Şahruddin millidə zədəli aldığı üçün ona dəstək olmaq istədik, milliyə dəvət etdik...

- Ümumiyyətlə, mən buna normal yanaşıram. Açığı, bu məsələyə xüsusi diqqət ayırmıram. Mən daim vəzifəmi yerinə yetirirəm. Bunu əvvəl də demişəm və indi də təkrarlayacam, milli komandaya gəlməyimə ehtiyac varsa, gələcəyəm. Orada hansı rolda olmağımın heç bir fərqi yoxdur. 

- Millidəki həmkarların haqda nə düşünürsən? Hamımız bilirik ki, millinin əsas qapıçısı sənsən. Aydın Bayramov isə Syerre-Leone ilə matçda penaltilər seriyasında bir seyv etdiyi üçün yığma qalib oldu. Millidəki həmkarların haqda nə düşünürsən?

- Düşünürəm ki, hamımız çox çalışmalı və inkişaf etməliyik.

- Azərbaycan milli komandasını Millətlər Liqasında Litva və Lixtenşteynə qarşı oyunlar gözləyir. Səncə, millimiz o qrupda lider olaraq, C divizionuna geri qayıda biləcək?

- Biz artıq onlarla eyni səviyyədəyik. Heç bir limitimizin də olmadığını nəzərə almaq lazımdır. Ümumiyyətlə, sentyabr ayına qədər futbolçular hansı vəziyyətdə olacağı qətiyyən bəlli deyil. Əgər biz onları keçmək istəyiriksə, özümüzə diqqət etməli və çox çalışmalıyıq. Meydana çıxırıqsa, sona qədər mübarizə aparacağıq.

- Yəqin ki, indi əsas diqqəti "Qarabağ"a yönəldəcəksiniz. "Qarabağ" "Sabah"dan hazırda 10 xal geridədir. Bu fərqi aradan götürmək mümkün olacaq?  Hələ də çempionluğa inanırsan? 

- Mübarizə davam edir. Sona qədər mübarizə aparacağıq.

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
45
1
sportal.az

2Источники