RU

Qarşıdurmadan əməkdaşlığa: Sülh prosesi Ermənistanda seçimin həlledici amilinə çevriləcəkmi? – Şərh

Bakı. Trend:

Ermənistanda hazırkı seçkiqabağı vəziyyət klassik daxili siyasirəqabətin çərçivəsini çoxdan aşaraq getdikcə taleyüklü geosiyasiseçim xarakteri alır. Bu ölkədə dövlət kimliyinin dərin böhranınımüşahidə edirik: söhbət artıq partiyaların mandat uğrundamübarizəsindən deyil, bütün Cənubi Qafqazın təhlükəsizlikarxitekturasına birbaşa təsir edəcək strateji kursun seçilməsindəngedir. Qonşu ölkə olaraq bizim üçün prinsipial məsələ ondanibarətdir ki, Ermənistan cəmiyyətində gecikmiş realizm üstünlükqazanacaq, yoxsa bu cəmiyyət yenidən revanşizmin destruktivtələsinə sürüklənəcək?!

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Beynəlxalqmünasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü,deputat Sevinc Fətəliyeva deyib.

Millət vəkili bildirib ki, Yerevanda müzakirələrin əsas xəttinixarici siyasət vektoru təşkil edir:

“Nikol Paşinyanın komandası əvvəlki güc mərkəzlərindənasılılığın azaldılması və əlaqələrin şaxələndirilməsi kursunu bəyanedərək manevr etməyə çalışır. Lakin rəsmi Bakının yanaşmasıErmənistanın Qərbə və ya Şərqə yönəlməsi deyil, regionda praqmatikbirgəyaşayışa hazır olub-olmamasıdır. Çünki bu gün ErmənistandaAzərbaycanla sülh prosesi artıq sırf xarici siyasət məsələsiolmaqdan çıxaraq daxili siyasi mübarizənin əsas alətinə çevrilib.Görürük ki, ciddi təzyiqlər altında olan mövcud hakimiyyət belə,obyektiv reallığı qəbul etməyə məcburdur. Bu reallıq beynəlxalqhüquq əsasında sərhədlərin delimitasiyasını, nəqliyyatkommunikasiyalarının açılmasının alternativsizliyini vəkonstitusion aktlarda əks olunan ərazi iddialarından qəti imtinanıehtiva edir”.

Deputat vurğulayıb ki, Azərbaycanın mövqeyinə görə, sülhmüqaviləsinin imzalanması sadəcə formal addım deyil, uzunmüddətlisabitliyin təməlidir:

“Biz təhlükəsizliyin silahlanma yarışına deyil, iqtisadiqarşılıqlı asılılığa və açıq sərhədlərə əsaslandığı bir sistemtəklif edirik. Təəssüf ki, Ermənistan müxalifəti hələ də təhlükəlimiflərdən istifadə etməyə davam edir. Onların “risklər” və“yolverilməz güzəştlər” haqqında ritorikası cəmiyyəti daimiqarşıdurma paradiqmasında saxlamaq cəhdindən başqa bir şey deyil.Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxan bu qüvvələrəslində öz xalqının gələcəyinə qarşı çıxır, onu qəsdən təcrid vətənəzzül dalanına sürükləyir”.

S.Fətəliyevanın fikrincə, ciddi narahatlıq doğuran məqamlardanbiri də Erməni Apostol Kilsəsinin siyasi mübarizəyə cəlbolunmasıdır:

“Çünki dini institutların radikal siyasi şüarların tribunasınaçevrilməsi və revanşist əhval-ruhiyyəni açıq şəkildə dəstəkləməsicəmiyyətdə parçalanmanı və radikallaşmanı daha da gücləndirir. Sülhprosesinə mane olmaq üçün dini amildən istifadə edilməsi təhlükəlitendensiyadır və bu, Ermənistanın uzunmüddətli böhrandan çıxışıüçün zəruri olan sağlam ictimai konsensusun formalaşmasına ciddizərbə vurur”.

Parlamentari qeyd edib ki, Azərbaycan üçün vəziyyət tamaydındır:

“Biz öz suverenliyimizi bərpa etmişik və Cənubi Qafqazda yenireallıq formalaşdırmışıq. Bu reallıq tranzit, beynəlxalq ticarət vəümumi inkişaf üçün geniş imkanlar açır. Ermənistanda baş verəndaxili proseslər isə bu imkanların reallaşma sürətinə birbaşa təsiredir. Yerevanda hakimiyyətə gələn istənilən siyasi qüvvəanlamalıdır ki, qarşılıqlı ərazi bütövlüyünün tanınmasına əsaslanansülh sazişinin alternativi yoxdur. Prosesi uzatmaq və ya seçkimaraqları naminə danışıqları imitasiya etmək cəhdləri yalnızimkanları gecikdirir və regionu inkişafdan məhrum edir”.

Onun sözlərinə görə, Cənubi Qafqaz bu gün tarixi dönüşnöqtəsindədir. Region münaqişə məkanından Avrasiyanın inkişaf edənbir qovşağına çevrilmək ərəfəsindədir.

“Lakin bu ssenarinin reallaşması üçün Ermənistandan siyasi iradəvə keçmişin ideoloji mirasından qəti imtina tələb olunur. Qarşıdangələn seçki dövrü əsas suala cavab verəcək: Ermənistan cəmiyyətisülhü strateji prioritet kimi seçməyə hazırdırmı, yoxsa keçmişinkölgələrinin yenidən gələcəyin gündəliyini müəyyənləşdirməsinəimkan verəcək? Seçim onlardadır, lakin seçkinin nəticələriregionumuzun gələcək onilliklərdəki simasını müəyyən edəcək”, -deyə deputat fikrini tamamlayıb.

Избранный
46
az.trend.az

1Источники