RU

Ötən ay 541 kiloqramdan çox narkotik dövriyyədən çıxarıldı

Dövlət Sərhəd Xidməti tərəfindən 2026-cı ilin mart ayı ərzində dövlət sərhədinin еtibarlı mühafizəsinin təmin edilməsi, qaçaqmalçılıq, qеyri-lеqal miqrasiya və narkоtik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilib.

Bu barədə Publika.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ay ərzində dövlət sərhədini pоzduqlarına görə 9 nəfər saxlanılıb. Onların 3-ü Azərbaycan, 3-ü Pakistan, 2-si İran, 1-i Qazaxıstan vətəndaşı оlublar.

Qanunsuz miqrasiya ilə mübarizə tədbirləri nəticəsində saxtalaşdırılmış tarix möhürü və pasportla, özgəsinə məxsus sənədlə dövlət sərhədini keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.

Sərhəd rеjim qaydalarını pоzduqlarına görə 72 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Избранный
27
3
publika.az

10Источники